Aprelin 12-də Hotellər və Restoranlar Assosiasiyası (DAİR) Bakıda yerləşən “Qafqaz Baku City” hotelində “Ön Büronun İdarə edilməsi” (Front Office Management) adlı videotreninqin təqdimat mərasimini keçirəcək. Layihə DAİR-in Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir. Azərbaycan və ingilis dillərində hazırlanmış videotreninq hotelçilik sahəsində çalışan, bu peşə üzrə təhsil alan və digər maraqlı insanlar üçün faydalı və səmərəli materialdır. Videotreninqin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, aparıcı «JW Marriott Absheron» hotelinin satış üzrə meneceri Nisə Əliyeva, layihənin rəhbəri Kiçik Hotellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyinin sədri, BDU-nun müəllimi Samir Babazadədir.
Hotellər və Restoranlar Assosiasiyası (DAİR) 2009-cu ildən fəaliyyət göstərir. Təşkilat ölkənin turizm sənayesinin əsasını təşkil edən hotelçiliyin və restoran biznesinin maraqlarını dəstəkləyir, peşə təhsili və təlimi sahəsində iş aparır.