Aprelin 15-də Fransanın Kann şəhərinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.
   Fransanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, nümayəndə heyətinə Kann merinin birinci müavini David Lisnar rəhbərlik edəcək. Səfər zamanı Kann şəhəri və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafı və perspektivləri müzakirə olunacaq. Nümayəndə heyətinə tanınmış mehmanxana brendlərinin rəhbərləri də daxildir.
   
   Fəxriyyə Abdullayeva