Mədəniyyət və Turizm Nazirliyi mart ayı ərzində bir sıra turizm şirkətlərinə, mehmanxana və mehmanxana tipli obyektlərə fəaliyyətlə bağlı lisenziya verib. Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq aşağıdakı mehmanxana və mehmanxana tipli obyektlər lisenziya alıb: «Qala” istirahət mərkəzi (Masallı rayonu Qəriblər kəndi), «Noah`s Ark» və “Meridian» mehmanxanaları (hər ikisi Bakı şəhərində). Lisenziya alan turizm şirkətləri: «İntur» MMC, «Magellan Travel» MMC, «İntourist Travel» MMC.
Bununla yanaşı, «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 5.1.1. bəndinə əsasənə, «AQ Horizont Travel» MMC-yə verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.
Fəxriyyə