Xəzər rayonunun Buzovna qəsəbəsindəki Mədəniyyət evində fəaliyyət göstərən Sidqi Ruhulla adına xalq teatrının və “Gənc turist” gənc klubunun üzvləri 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Buzovna və Mərdəkan qəsəbələrində yerləşən qədim abidələri ziyarət ediblər. Gənclər Buzovnada qədim alban kilsəsi və köhnə məscidi, Mərdəkan qəsəbəsində XIV əsrdə Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axistan tərəfindən tikilmiş dördkünc formalı qalaya və digər abidələrə baş çəkiblər.
   Xətai rayonundakı Mədəniyyət mərkəzinin “Fireland” gənc turist klubu da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tarixi məkanlara ekskursiya təşkil edib. Klub üzvləri XVIII, XIX əsrlərə aid Hacı Əsədulla və Hacı Həbib tərəfindən inşa edilmiş günbəzli hamamda və məsciddə, XVII əsrə aid 8 qəbirin qorunduğu Əhmədli kənd qəbiristanlığında olublar.

   Fəxriyyə