Bu dəfə Qazaxıstanın Almatı şəhərində
   
   Aprelin 24-26-da Qazaxıstanın Almatı şəhərində “KİTF-2013" beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə ölkəmizin turizm imkanları da nümayiş olunacaq. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, həmçinin "Millennium Tourism and Congress" turizm şirkəti, "Chinar Hotel and Spa Naftalan", "Jumeirah Bilgah Beach hotel" və "Divan Express Baku" mehmanxanalarının təmsilçiləri daxildir.
   Sərgidə ölkəmizin turizm potensialı 36 kv m sahədə təqdim olunacaq, ziyarətçi və iştirakçılara ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları paylanacaq. Almatı sərgisində ölkəmizlə yanaşı, 43 ölkədən 203-ə yaxın şirkət təmsil olunacaq.