İpək Yolu ölkələri Avropa Birliyinin Şengen vizasının analoqu olan vahid sadələşdirilmiş viza sisteminin tətbiqi ilə bağlı aparılan işləri daha da sürətləndirib. Bunu jurnalistlərə açıqlamasında Dünya Turizm Təşkilatının İpək Yolu proqramının rəhbəri Alla Peresolova dedi. Onun sözlərinə görə, DTT-nin baş direktoru Taleb Rifai bu məsələni ölkələrin rəhbərlikləri arasında təbliğ edir. Vahid viza sisteminin tətbiqinin nə zaman başlanacağına gəlincə, DTT rəsmisi bununla əlaqədar danışıqlar aparıldığını söylədi. Onun sözlərinə görə, İpək Yolu ölkələri üçün vahid sadələşdirilmiş viza sisteminin tətbiqinin iqtisadi səmərəsini araşdırıblar. Belə qənaətə gəlinib ki, sadələşdirilmiş viza sisteminin tətbiqi ölkələrə turist axınını artırmaqla yanaşı, turizm sənayesinin inkişafına da təsir göstərəcək.

   Fəxriyyə