Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası IX Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaq ölkəsi idi. Bu münasibətlə qonşu ölkədən tanınmış yazıçı, tərcüməçilər sərgiyə təşrif buyurmuşdular. Onların iştirakı ilə sərgi günlərində təqdimat və imza mərasimləri keçirildi.

Azərbaycan Yazıçılar Birliyində (AYB) Bakıda qonaq olan bir qrup rusiyalı yazıçı ilə görüş təşkil edilib. Görüşdə Afanasi Məmmədov, Aleksey Salnikov və Dmitri Danilov iştirak ediblər.

AYB-nin sədri Xalq yazıçısı Anar iki ölkə arasında ədəbi əlaqələrin tarixindən söz açıb. Söhbət zamanı Rusiya və Azərbaycan ədəbiyyatının aktual problemlərindən, iki ölkəni bu günə qədər birləşdirən sovet nəsri və poeziyasının xüsusiyyətlərindən danışılıb.

Rusiyalı yazarlar Azərbaycan dilinə tərcümə olunmuş kitablarını AYB-yə hədiyyə ediblər.

Lalə