Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı idi” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi formalaşması və inkişafı istiqamətində tarixi xidmətlərindən söz açıblar.
Astara rayon Marzəsə kənd ümumi orta məktəbin müəllim və şagirdləri rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzin bələdçisi tərəfindən ziyarətçilərə buradakı ekspozisiya, eləcə də 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidləri haqqında məlumat verilib.
Qəbələdəki Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti ilə birgə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda Ulu öndər tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Tədbir mövzu ətrafında məruzə və çıxışlarla davam edib.
N.Məmmədli