Azərbaycan Turizm İnstitutunda tələbələrin Böyük Britaniyanın Durham Universiteti Saint Mary Kollecinin direktoru, sosial iş üzrə professor Saymon Hakettlə görüşü keçirilib. Azərbaycan Sosial İş İctimai Birliyi ilə birgə təşkil olunan görüş dialoq-müzakirə formasında gerçəkləşib. Tələbələrin ingilis dilində öz fikirlərini sərbəst ifadə etmələri, düşüncələrindəki sərbəstlik qonaqda xoş təəssürat yaradıb. Saymon Hakett ATİ tələbələrinin bilik səviyyəsindən razı qaldığını xüsusi vurğulayıb. O, görüşə görə təşəkkürünü bildirərək belə dialoq-müzakirələrə hər zaman hazır olduqlarını deyib.

   Fəxriyyə