Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimi, Xalq artisti Yusif Qasımovun 75 illik yubileyi qeyd olunub.

Yubiley tədbirində BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yubiley tədbirində BXA, eləcə də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və rəqs ansamblı, Dövlət Mahnı və Rəqs Ansamblı, Akademik Opera və Balet Teatrı, Dövlət Rəqs Ansamblı, Akademik Musiqili Teatrı və “Cəngi” ansambllarının ifasında “Azərbaycan süitası”, P.İ.Çaykovskinin “Şelkunçik”, Eldar Mansurovun “Odlar yurdu”, “Acar rəqsi”, “Özbək rəqsi”, Tofiq Quliyevin "Qaytağı”, xalq musiqisi “Laçın”, “Bayram süitası”, “Zəfər rəqsi”, “Vağzalı-Mirzəyi”, Qara Qarayevin “Yeddi gözəl”, tacik xalq rəqsi “Masti bahor”, "Yallı" və digər rəqs kompozisiyaları nümayiş olunub.
Konsert proqramı böyük maraqla qarşılanıb.

Gecədə ölkəmizdən və xaricdən mədəniyyət və incəsənət xadimləri yubilyar sənətkara təbriklərini çatdırıblar.