Bakı Şəhər Mədəniyyət Baş İdarəsi C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Əməkdar müəllim Məhin Orucovanın "Xor məktəbi" (I hissə) dərsliyi çapdan çıxıb.
Baş idarənin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində yeni nəşrin təqdimatı keçirilib.
Tədbirdə kitab haqqında məlumat verilib. Bildirilib ki, nəşr uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri və gənc xormeysterlər üçün nəzərdə tutulub. Kitabda Qara Qarayev, Cahangir Cahangirov, Azər Dadaşov, Sevda Rəhimova, Gülnarə Səfərəliyeva, Leyla Şirməmmədova və xarici bəstəkarların xor əsərləri yer alıb. Nəşrdə həmçinin xor üçün işlənmiş Azərbaycan xalq mahnıları verilib.
Sonra C.Hacıyev adına Musiqi məktəbinin "Renessans" və "Divizi" xorlarının ifaları dinlənilib.
Sonda bəstəkar S.Rəhimovanın uşaq xoru üçün yazılmış "O, can Azərbaycandır" əsərinə həsr olunmuş videoçarx nümayiş olunub.