Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Musa Mirzəyevin (1933- 2016) 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi salnaməmizi zənginləşdirib. O, pedaqoq kimi yeni musiqiçilər nəslinin yetişdirilməsinə də öz töhfəsini verib.

Sonra şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirilib.