Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm sənayesinin nümayəndələri və Qətər turizm sektorunun təmsilçiləri üçün işgüzar şam yeməyi təşkil edilib. Tədbirdə Azərbaycanın Qətər Dövlətindəki Səfirliyinin əməkdaşı da iştirak edib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirin məqsədi Qətər ilə Azərbaycan arasında turizm əlaqələrini genişləndirmək, turizm istiqaməti kimi ölkəmiz haqqında məlumatlılığı artırmaq, işgüzar turizmin təbliği və digər mövzularda əməkdaşlığı gücləndirməkdir.
Tədbir zamanı Azərbaycanın turizm imkanları haqqında təqdimat olub. Yerli tərəfdaşlar tərəfindən təsadüfi seçim əsasında qonaqlara hədiyyələr və sertifikatlar təqdim edilib.