Bakıda növbəti “Moda həftəsi”

 

Noyabrın 29-dan dekabrın 3-dək Bakıda “Azerbaijan Fashion Week – 2023” moda həftəsi keçirilir. Ənənəvi tədbir bu il Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Yaradıcı Həftə” çərçivəsində təşkil olunub.

Layihə milli brendlərin yerləşdirilməsi və təşviq edilməsi məsələlərinə yönəldilib. Bu tədbir moda dizaynerləri, bayerlər, yerli və xarici media nümayəndələri və moda sənayesinə yaxın olan digər mütəxəssislərin əməkdaşlığını birləşdirən platformadır.

Moda dünyasındakı sürətli dəyişikliklər nəzərə alınaraq, “Azərbaycan Moda Həftəsi” çərçivəsində “Azerbaijan Fashion Forward” müsabiqəsinin təqdimatı keçiriləcək. Dekabrın 2-də “Creative hub” Təhsil-inkubasiya Mərkəzində tanınmış modelyer Orxan Sultanın gənc modelyerlər üçün ustad dərsi də təşkil olunacaq.

“Azərbaycan Moda Həftəsi” dekabrın 3-də “The Ritz-Carlton” hotelində keçiriləcək moda nümayişi ilə başa çatacaq. Podiumdakı kolleksiyaları yalnız Azərbaycandan deyil, həm də yaxın xaric –  Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan kimi dost ölkələrdən dizaynerlər təqdim edəcəklər.

Qeyd edək ki, “Azerbaijan Fashion Week” layihəsinin ilk mövsümü 2015-ci ilin may ayında keçirilib.