Naxçıvan Dövlət Milli Dram Teatrın dekabrın 3-də qardaş Türkiyədə – İğdır şəhərində qonaq olacaq. Yaradıcı heyət bu dəfə türkiyəli teatrsevərlər qarşısında Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyevdir.
Naxçıvanlı teatr təmsilçilərinin 1-11 dekabr tarixlərində keçirilən İzmir Beynəlxalq Teatr Festivalına da dəvət alıb. Kollektiv festivalda Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşasını göstərəcək.
Onu da qeyd edək ki, teatrda illik yaradıcılıq planına uyğun olaraq iki tamaşanın (Elçinin "Şekspir" və Molyerin "Skapenin kələkləri" əsərləri üzrə) məşqləri gedir. Hər iki nümunə dekabr ayında təhvil veriləcək.