Forum çərçivəsində noyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə “Türk dünyası animasiya şəbəkəsinin qurulması” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirin moderatoru Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev qonaqları salamlayaraq dəyirmi masanın məqsədi haqqında məlumat verdi.
Daha sonra mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov, Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, animasiya mütəxəssisi Oqtay Yusibov, animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşdülər.
Tədbirdə “Türk Animasiya Şəbəkəsi”nin (Turkic Animation Network) yaradılması və bu sahədə birgə əməkdaşlıq məsələləri müzakirə olundu.