«Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti yay mövsümündə Bakıdan Ukraynanın beş şəhərinə birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır. Aviaşirkətin Bakı ofisindən verilən xəbərə görə, iyunun 8-dən etibarən Bakı-Odessa və Bakı-Donetsk marşrutları üzrə reyslər planlaşdırılır. Bakıdan Odessaya təyyarə şənbə günləri saat 03:15-də uçacaq. Bakı-Donetsk reysi isə şənbə günü saat 02:35-də yola düşəcək.
   Yay dövründə Bakıdan Lvov, Simferopol və İvano-Frankovsk şəhərlərinə reyslərin açılması da planlaşdırılır. Lakin bu reyslərin həyata keçirilmə tarixi hələ dəqiqləşməyib.

Fəxriyyə