Xalq artisti Dinarə Əliyevanın təsis etdiyi “Opera Art” IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi rus bəstəkarı Sergey Rahmaninovun (1873-1943) 150 illiyinə həsr olunmuş konsert keçirilib.

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsertdə Dinarə Əliyeva (soprano) Lyubov Venjikin (piano, Rusiya) müşayiəti ilə musiqiseverlər qarşısında çıxış edib.

Proqramda görkəmli rus bəstəkarlar N.Rimski-Korsakov, P.İ.Çaykovski və S.Rahmaninovun əsərləri səsləndirilib.