Düşənbədəki “Baktriya” Beynəlxalq Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatı guşəsinin yaradılmasına dair razılıq əldə olunub. Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanovun verdiyi məlumata görə, 2001-ci ildə yaradılan mərkəzdə müntəzəm olaraq rəsm, foto-sərgiləri, müxtəlif müsabiqələr, konsert, seminar, konfranslar keçirilir, dil kursları təşkil edilir. Artıq burada İngiltərə, Almaniya, İran və Türkiyə ədəbiyyatı guşələri fəaliyyət göstərir.
Bu günlərdə ölkəmizin Tacikistandakı səfirliyi mərkəzə Azərbaycanla bağlı kitablar, tacik, rus, ingilis dillərində nəşrlər təqdim edib.