Dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdə Xəzər Şurasının yaradılmasını təklif edib.

“Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb. Lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bizim işimizin səmərəliliyini Xəzər Şurasının yaradılması, əməkdaşlıq forumu vasitəsilə artırmaq olar”, – deyə o bildirib.

S.Lavrov Xəzəryanı dövlətlərin praktiki əməkdaşlığının çoxqütblü dünyanın yaradıldığı bir dövrdə daha əhəmiyyətli olduğunu deyib.