Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri “Caspi Art”ın təşkilatçılığı ilə İsveçrədə onlayn keçirilən “Consonance” II Beynəlxalq Musiqi Müsabiqəsində uğurla çıxış ediblər.
Məktəbin fortepiano ixtisası üzrə şagirdləri Qönçə Əlimova II dərəcəli diploma, Qabil Quliyev isə III dərəcəli diploma layiq görülüb.
Şagirdlərin müəllimi Gülzar Məmmədova isə sertifikatla təltif edilib.
***
Baş idarənin A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri isə Türkiyədə onlayn keçirilən “Camoderato” V Beynəlxalq Musiqi Müsabiqəsinə qatılıblar.
Müsabiqənin nəticələrinə əsasən, fortepiano ixtisası üzrə VI sinif şagirdi Duyğu Fərruxzadə, VII sinif şagirdi Seyfəddin Həsənli, II sinif şagirdi Gülay Mirzəliyeva və III sinif şagirdi Mələk Əsgərli I dərəcəli diploma, IV sinif şagirdi Nuray Əhmədzadə isə II dərəcəli diploma layiq görülüblər.
Müəllimlər Roza Parmas və Nurlanə Rəsulova təşəkkürnamə ilə təltif olunub.