Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il yanvarın 4 və 5-də iş günləri ilə müvafiq olaraq 2023-cü il dekabrın 30-u (şənbə) və 2024-cü il yanvarın 7-si (bazar) istirahət günlərinin yerləri dəyişdirilib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar Yeni il bayramıdır. Qeyri-iş günü 31 dekabr bu il bazar gününə düşdüyü üçün 3 yanvar da qeyri-iş günü sayılacaq. 6 yanvar isə şənbə gününə təsadüf etdiyi üçün ümumilikdə yeddi gün – 31 dekabr – 6 yanvar tarixləri qeyri-iş günləri olacaq.
Yeni ilin ilk iş həftəsi yanvarın 7-dən başlayacaq.