Mədəniyyət və Turizm Nazirliyi may ayı ərzində bir sıra turizm şirkətlərinə fəaliyyətlə bağlı lisenziya verib. Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq aşağıdakı turizm şirkətləri lisenziya alıb: «VVeekend Travel», «ADN Travel», «Şəki» Kommersiya Firması, «S.İ.Z LTD», «Express Tour», «SB Travel», «Atlas Travel», «12 Travel», «AST Turizm», «Caspian Breeze», «Millennium Turizm, Konqress DMC» filialı (Xırdalan şəhəri).

  Fəxriyyə Abdullayeva