Ölkə Prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarına əlavələr edilməsi barədə" Qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayında aşağıdakı mehmanxana və mehmanxana tipli obyektlərə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib: "Khazar Golden Beach" (Bakı şəhəri, Mərdəkan qəsəbəsi), "Zərdab" mehmanxanası (Zərdab şəhəri), "Nəsiboğlu" mehmanxanası (Ağstafa şəhəri), "Qaya" istirahət kompleksi (İsmayıllı rayonu, Qara Qaya kəndi), "Turqut" mehmanxanası (Zaqatala şəhəri), "Karvansaray" mehmanxanası (Şəki şəhəri), "Laza" moteli (Abşeron rayonu, Masazır qəsəbəsi).







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar