Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov Pakistanda fəaliyyət göstərən Riphah Qonaqpərvərlik və Mətbəx Sənətləri İnstitutunun rəhbəri Athar Jameel və Qazaxıstan Beynəlxalq Qonaqpərvərlik və Turizm Universitetinin nümayəndələri ilə görüşüb.
Bu barədə ATMU-dan məlumat verilib. Bildirilib ki, görüşlərdə ATMU-nun tarixi, fəaliyyət istiqamətləri, təhsil imkanları, beynəlxalq əlaqələri, ikili diplom proqramları, dünyanın nüfuzlu hotellərində təcrübə imkanlarından söhbət açılıb. Rektor Pakistanda və Qazaxıstanda fəaliyyət göstərən ali təhsil ocaqları ilə də əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.