Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi tərəfindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Azərbaycanın Londondakı Səfirliyindən bildirilib ki, Pimliko Akademiyada keçirilən tədbir, tanınmış skripkaçı Səbinə Rakçeyeva və məktəbin digər müəllimləri – Səbinə Quliyeva, Nigar Əhmədli, Rauf Xəlilov, Sevinc Baxış, Timur Cəfərovun yaxından dəstəyi sayəsində təşkil olunub.

Şagirdlər Azərbaycan haqqında şeir və mahnıları böyük həvəslə səsləndirib, milli rəqs nümunələrini ifa ediblər. Şagirdlərin fotoslaydlarla ölkəmiz haqqında verdikləri  məlumatlar da maraq doğurub.

Tədbirdə milli mətbəx nümunələri, Azərbaycan haqqında kitablar da təqdim olunub.