Bakıdakı Rus Evində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş poeziya axşamı keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Gənclərin töhfəsi” və “Peşə Təhsilinin İnkişafı və Məşğulluğa Dəstək” ictimai birliklərinin iştirakı ilə təşkil olunub.
Gənc şairlər Heydər Əliyevə və Azərbaycana həsr etdikləri şeirlərini söyləyiblər.
“Heydər Əliyev dünyamiqyaslı dahi şəxsiyyət idi. Onun zəngin irsi hələ uzun müddət politoloqların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaq. Heydər Əliyev Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin qorunub saxlanılmasında və inkişafında mühüm rol oynayıb, iki dövlət arasında strateji tərəfdaşlığın təməlini qoyub”, – deyə RİMM-in məlumatında qeyd edilir.