Yeni nəşr ekoturizm sahəsi üzrə mütəxəssislər üçün dəyərli vəsaitdir
«Azərbaycan: ekoturizm potensialı» adlı kitab nəşr olunub. Ölkəmizin ekoturizm potensialı, onun təbiəti, təbii sərvətləri və mədəni irsinin tədqiqindən bəhs edən monoqrafik nəşr ölkə Prezidenti tərəfindən 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi münasibətilə tərtib edilib. Kitabın redaktoru Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovun, tanınmış ekoloq, «Ekostil-Azərbaycan» Təbiəti Mühafizə İctimai Birliyinin sədri Elman Yusifov, Mahmud Xəlilov və Vüqar Kərimovun müəllifliyi ilə hazırlanan kitabda məlumatlar iqtisadi-coğrafi rayonlar və inzibati vahidlər əsasında, onların fiziki xəritələri də daxil olmaqla verilib. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik və s. mövzular üzrə qruplaşdırılıb.
Nəşrdə bir sıra unikal təbiət abidələri, nadir, nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqındakı məlumatlar, onların fotoşəkilləri ilk dəfə olaraq təqdim edilir. Kitabda həmçinin Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri öz əksini tapıb.
Azərbaycanın təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi-tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiya ekologiya və ekoturizm sahələri üzrə mütəxəssislər, ali məktəb tələbələri, eləcə də bu sahə ilə maraqlananlar üçün dəyərli vəsaitdir. Kitab həmçinin turistlər və geniş oxucu kütləsi üçün də əhəmiyyətlidir.