Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin yaradılmasının dördüncü ildönümü və 2012-2013-cü tədris ilinin yekunlarına həsr edilmiş tədbir keçirilib.
   Tədbirdə mərkəzin 4 illik fəaliyyəti müzakirə edilib. Qeyd olunub ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.
   Tədris mərkəzinin əsas vəzifəsi turizm sektoru üçün peşəkar kadrların hazırlanmasından ibarətdir. Bu məqsədə yüksək səviyyədə nail olmaq üçün turizm obyektləri ilə sistemli şəkildə iş aparılır, xarici dövlətlərin təcrübəsinə yaxından maraq göstərilir. Mərkəzdə əldə edilən nailiyyətlər, məzunların Qəbələ və ətraf rayonlardakı hotellərdə və istirahət mərkəzlərində işlə təmin edilmələri, qazandıqları uğurlar barədə məlumat verilib.
   Çıxış edənlər ölkədə texniki peşə təhsilinə göstərilən dövlət qayğısından söhbət açaraq gənclərin bu sahəyə böyük maraq göstərdiklərini vurğulayıblar. Tədbirin sonunda mərkəzin 154 məzununa diplomlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar