Növbəti elmi konfrans
AMEA Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə dekabrın 20-də “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda 3-cü beynəlxalq elmi konfrans keçirilib.
Konfransı AMEA Humanitar Elmlər Bölməsinin sədr müavini akademik Teymur Kərimli açaraq “Heydər Əliyev İli” çərçivəsində akademiyanın müəssisə və təşkilatlarında silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Akademik tədbirin Qarabağın mədəni, memarlıq və incəsənət irsinin tədqiqi baxımından əhəmiyyətini qeyd edib.
Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov, sənətşünaslıq üzrə fəlsəfə doktorları Gülrəna Mirzə, Ramil Quliyev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, institutun Şəhərsalma şöbəsinin müdiri Samirə Abdullayeva məruzələrlə çıxış ediblər.
Konfransda Özbəkistandan Kamola Akilova və Rusiyadan Mars Axmadullinin də məruzələri dinlənilib.