Yerdən iki işıq ili məsafədə...

 

2021-ci ildə NASA (ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyası) tərəfindən fəzaya göndərilən “Ceyms Uebb” kosmik teleskopu (James Webb Space Telescope) protoulduzların (ulduzların əcdadı) ətrafında həyat üçün vacib olan üzvi molekullar tapılıb.

“Ceyms Uebb” ilk dəfə kosmosda canlı orqanizmlər üçün vacib struktur elementləri rolunu oynayan formaldehid və sirkə turşusu da daxil olmaqla, kompleks üzvi molekullar (KÜM) aşkar edib.

“Astronomy and Astrophysics” jurnalında dərc edilən materialda bildirilir ki, adətən ulduzlararası kompleks üzvi maddələr sadə spirtlər, sadə esterlər və nitrillərdən ibarətdir. Bu maddələr protoulduzları və protoplanetar disklər yaradır.

Yeni araşdırmada bir qrup astronom Perseus molekulyar buludunda təxminən iki işıq ili məsafədə olan bir cüt protoulduzlar (IRAS 23385 və IRAS 960) tədqiq edib. Bu zaman Asetaldehid (CH3CHO), Etanol (CH3CH2OH), Metilformat (CH3OCHO) və sirkə turşusu (CH3COOH) kimi üzvi birləşmələr müəyyən edilib. Bir müddət əvvəl isə astronomlar protoulduzlar ətrafındakı qaz fazasında metanol (CH3OH) kimi daha sadə üzvi maddələr aşkarlamışdılar.

Qeyd edək ki, indiyədək düzəldilən ən iri kosmik teleskop (güzgü diametri 6,5 metr) sayılan “Ceyms Uebb” 10 milyard dollara başa gəlib. Layihəyə görə, o, kosmosda 20 ilə yaxın fəaliyyət göstərməlidir.