Üç ay əvvəl ataları bu yerlər uğrunda həlak olmuşdu...

 

YAŞAT Fondu, Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə şəhid övladlarının Xankəndi şəhərinə səfəri təşkil olunub.

7-12 yaş aralığında olan 25 şəhid övladı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununu izləmək üçün YAŞAT Fondunun nümayəndələri ilə birgə Xankəndiyə yollanıblar.

Bu il sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanların övladları tarixi görüşdən öncə futbolçularla birlikdə meydana çıxıblar, daha sonra isə tribunadan matçı izləyiblər.