“Azərbaycan Hava Yolları” (AZAL) şirkəti Türkiyənin daha bir kurort şəhərinə aviareyslərə başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, iyulun 6-dan etibarən Bakı-Dalaman marşrutu üzrə birbaşa uçuşlara start verilib. Mövsümi xarakter daşıyan bu aviareys avqustun 31-dək davam edəcək. Bakıdan Dalamana uçuşlar hər həftənin VI günləri saat 11:00-da “Airbus” tipli təyyarə ilə yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda AZAL Türkiyənin Antalya və Bodrum şəhərlərinə də birbaşa aviareyslər yerinə yetirir. Dalaman şəhəri Egey dənizi sahilində yerləşir.