Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllim-xoreoqrafı Əməkdar müəllim, Prezident təqaüdçüsü Pellumb Aqalliyayın 80 illik yubiley gecəsi keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim, tələbə və şagird heyəti, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, digər qonaqlar iştirak ediblər.

Əvvəlcə yubilyar sənətkarın quruluşunda BXA-nın şagird və tələbələrinin ifasında P.İ.Çaykovskinin “Şelkunçik” baleti və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının ifasında J.Bize, R.Şedrin “Karmen-suita” baleti nümayiş olunub.

Konsert proqramı böyük maraqla qarşılanıb.

Nümayişdən sonra BXA-nın müəllimləri, mədəniyyət və incəsənət xadimləri Pellumb Aqalliyayı yubileyi münasibətilə təbrik edib, xoş diləklərini çatdırıblar.