Moskvada “Azərbaycan poeziyasının şedevrləri” adlı qiraət müsabiqəsinə yekun vurulub. Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin qadınlar birliyi tərəfindən təşkil olunan müsabiqənin iştirakçıları Rusiyanın 19 regionundan 5-25 yaş arası 200-dən çox məktəbli və tələbə olub.
Diaspor təşkilatının rəhbəri Bəxtiyar Həsənov tədbir iştirakçılarına 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbriklərini çatdırıb. Müsabiqənin mükafatçılarına diplomlar, diasporun tədbirlərində iştirak edən qadın fəallara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Bədii hissədə xalq musiqisi, rəqslərimiz təqdim edilib. Yazar, tərcüməçi Afaq Şıxlı öz şeirlərini söyləyib.
Qiraət müsabiqəsində azərbaycanlı gənclərlə yanaşı, digər millətlərin nümayəndələri, eləcə də belaruslu məktəbli iştirak edib.