Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sevindik Nəsiboğlunun “Ulu öndərin işığında” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli Sevindik Nəsiboğlunun gənc olmasına baxmayaraq, artıq bir sıra yaradıcılıq uğurlarına imza atdığını söyləyib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova, ədəbiyyatşünas, professor Asif Rüstəmli, AMEA Şəki Regional Mərkəzi Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri İradə Yusifli, yazıçı-publisist Nəzakət Eminqızı, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, şair Nazim Muğanlı, şəhid Nobil Zeynalovun həyat yoldaşı Xuraman Tahirova, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin rəhbəri Vüsalə Qələndərli və başqaları çıxış edərək Sevindik Nəsiboğlunun şeirlərinin ideya-bədii xüsusiyyətləri barədə fikirlərini bölüşüblər.
Müəllif kitabxananın kollektivinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib, Ulu öndərə həsr etdiyi “Ata, ruhun şad oldu!” şeirini səsləndirib.