Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa paytaxtdakı Rəssamlar Evində olub, rəssamların emalatxanalarını gəzərək onların yaradıcılıq şəraiti ilə maraqlanıb.
Komitə sədri Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Elşən Hacızadə, Adil Şıxəliyev, Natiq Fərəcullazadə, Azad Zeynalov və Rəssamlar İttifaqının üzvü, heykəltaraş Nəriman Məmmədovun emalatxanalarına baş çəkib.
Sonra 2024-cü ilin yanvar ayında 80 yaşı tamam olacaq Xalq rəssamı Sirus Mirzəzadənin atelyesinin açılışı olub. Sənətkara Milli Məclisin Mədəniyyət komitəsi adından təbrik məktubu təqdim edilib.
Atelyedə Azərbaycan təsviri sənətinin problemlərinə dair fikir mübadiləsi aparılıb. Belə görüşlərin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun sayılıb.