Dekabrın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Hər şey Vətən üçün” adlı tədbir keçirilib.
Tədbirdə Hüseynqulu Sarabski adına 7 nömrəli Musiqi məktəbinin Orkestr şöbəsi şagirdləri müəllimələrinin müşayiəti ilə müxtəlif musiqi alətlərində Ü.Hacıbəylinin "Çırpınırdın, Qara dəniz", Motsartın "Alleqretto", T.Quliyevin "Sevinc mahnısı", V.Şainskinin "Çeburaşka", M.Nəsirbəyovun "Mahnı", A.Rzayevanın "Kukla" və s. musiqi əsərlərini ifa ediblər.
Tədbirin sonunda iştirakçı və ifaçı uşaqlara Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” jurnalı və hədiyyələr təqdim olunub.