ABŞ-ın ölkəmizdəki səfirliyinin birinci katibi Rocer Riqaud Azərbaycan Turizm İnstitutunun qonağı olub.
Bir il əvvəl ölkəmizdə öz missiyasının icrasına başladığını nəzərə çatdıran diplomat Azərbaycan Turizm İnstitutunun fəaliyyəti ilə maraqlandığını bildirib və ali təhsil müəssisəsində kadr hazırlığı istiqamətində görülən işlərdən xəbərdar olmaq istəyini deyib. Qonağın suallarını cavablandıran rektor Cəfər Cəfərov 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutunun inkişaf strategiyası və beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor xüsusi vurğulayıb ki, 1 fakültə və 3 ixtisasla ilk tədris ilinə başlayan ATİ-də hazırda bakalavr səviyyəsində 11 ixtisas, habelə magistratura və doktorantura mərhələsində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Qeyd olunub ki, 2013/2014-cü tədris ilindən etibarən tədris prosesi 3 fakültədə davam etdiriləcək.
Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistratura səviyyəsində ikili diplom proqramı haqqında ətraflı danışan Cəfər Cəfərov institut məzunlarının müxtəlif turizm müəssisələrində uğurla çalışdığını, bir qisminin isə ölkəmizdə və xaricdə təhsillərini davam etdirdiklərini deyib.
Tanışlıq görüşü zamanı qonağa ATİ əməkdaşlarının AHLEI (Amerika Hotel Təhsili üzrə İnstitut) təlim kurslarında iştirakı barədə də məlumat verilib. Rocer Riqaud öz növbəsində ABŞ-ın turizm müəssisələri, ali təhsil ocaqları arasında əməkdaşlıq istiqamətlərində təkliflərin araşdırılacağını diqqətə çatdırıb.
Fəxriyyə