Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi idarə heyətinin sədri Afaq Məsudun “Azadlıq” romanı ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə ingilis dilində nəşr olunub.
Sarayevodakı “Yesari Group” nəşriyyat evində çapdan çıxan kitaba “Azadlıq” romanı ilə yanaşı, yazıçının “Ölüm qapısında”, “İkinci katib Veysman”, “Alman kilsəsi”, “Generalın ölümü”, “Dahi”, “Papa II İohann Pavel” və başqa hekayələri də daxil edilib. Əsərləri ingilis dilinə Anna Tompson-Əhmədova tərcümə edib.
Qeyd edək ki, ümumbəşəri mündəricəsi ilə seçilən “Azadlıq” romanı bir sıra digər Avropa ölkələrində də işıq üzü görüb.