Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə dekabrın 27-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) sərgi keçirilib.

Sərgidə təhsil ocağının Bədii toxuculuq və xalça sənəti kafedrasının professor-müəllim heyəti və tələbələrin yaradıcılıq işləri yer alıb.

ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, tərəqqisi və təbliğində göstərdiyi xüsusi xidmətlərdən danışıb, belə sərgilərin tələbələrin yaradıcılığında xüsusi rolu olduğunu vurğulayıb.

Bədii toxuculuq və xalça sənəti kafedrasının müdiri Əməkdar rəssam, professor Ədhəm Yusubov tələbə-müəllim birliyinin nəticəsi olan sərginin əhəmiyyətindən söz açıb.

Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru Xalq rəssamı Fuad Salayev, Akademik rəngkarlıq və kompozisiya kafedrasının professoru, Əməkdar rəssam Cəlil Hüseynov sərgidə yer alan nümunələrin sənətkarlıq xüsusiyyətlərindən danışıb, müəllifləri təbrik edirlər.

ADRA-nın yaranmasında Ulu öndər Heydər Əliyevin birbaşa əməyinin olduğunu bildirən Bədii toxuculuq və xalça sənəti kafedrasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov sərgini Ümummilli liderin əziz xatirəsində ehtiramın ifadəsi kimi səciyyələndirib.

Sərgidə ADRA-nın tələbə və müəllimlərinin 25-dək toxuculuq əsəri nümayiş

olunub.