Bakı şəhəri Pirallahı rayonu Gənclər Mərkəzində tanınmış şair Nüsrət Kəsəmənlinin (1946 – 2003) xatirəsinə həsr olunmuş yaradıcılıq festivalı keçirilib.

Festivalda rayondakı təhsil və musiqi müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.

4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və 14 nömrəli Uşaq musiqi məktəbi yetirmələrinin ifasında nəğməkar şair Nüsrət Kəsəmənlinin şeirləri səsləndirilib, sözlərinə yazılmış musiqilər ifa olunub.

Festival iştirakçılarına Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilib.