Mədəniyyət və Turizm Nazirliyi sahibkarları qaydalara riayət etməyə çağırır
   
   Xaçmaz rayonu ərazisində yerləşən «CTF» firmasına məxsus «Nabran» istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq Komissiyası iyulun 24-də hadisə yerinə ezam olunub. Müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisəyə verilmiş lisenziyanın dayandırılmasını tövsiyə edib. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Nabran» istirahət mərkəzinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) dayandırılması barədə əmr verilib.
   Mədəniyyət və Turizm Nazirliyi sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar