Azərbaycan Milli Kitabxanasında görkəmli dilçi alim, akademik Afad Qurbanovun 95, türkoloq, professor Ramiz Əskər və şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 70 illik yubileyləri ilə əlaqədar kitab sərgisi təşkil olunub.

Sərgidə yubilyarların əsərləri, tərcümə etdikləri, rəyçi və redaktor olduqları kitablar və haqqında ədəbiyyatlar nümayiş olunur. Sərgidə eyni zamanda Baba Vəziroğlunun sözlərinə yazılmış əsərlərin notları da yer alıb.

Sərgi bir həftə davam edəcək.