Azərbaycan Turizm İnstitutunda Almaniya Akademik Mübadiləsi Xidmətinin (DAAD) təklifi ilə tələbələr, doktorluğa namizədlər, tədqiqatçılar və institut müəllimləri üçün «Almaniyada təhsil və tədqiqat» adlı tədbir keçirilib.
ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxışında belə tədbirlərin yüksək ixtisaslı kadr hazırlığında və inkişafında əhəmiyyətini vurğulayıb. DAAD-nin Bakı ofisinin direktoru xanım Nikola Ulliş (Ullisch) təmsil etdiyi qurumun fəaliyyəti, indiyədək görülən işlərindən söz açıb. Onun Almaniyada təhsillə bağlı «Azərbaycan üçün təqaüd və maliyyələşdirmə» mövzusunda təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
ATİ-nin tədqiqat və inkişaf şöbəsinin baş məsləhətçisi Yulius Arnegger isə Almaniyada ali təhsil sistemi barədə ətraflı məlumat verib və «Tədqiqat layihəsinin planlaşdırılması və idarə edilməsi» mövzusunda təqdimat edib.