Dünya Turizm Təşkilatı Azərbaycanda elektron viza sisteminə keçidi alqışlayır
   
   Dünya Turizm Təşkilatı Azərbaycanda elektron viza sisteminə keçilməsini alqışlayan rəsmi məlumat yayıb. XİN mətbuat xidmətindən verilən xəbərə görə, təşkilatın baş katibi Taleb Rifai bildirib ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək. Qeyd olunur ki, yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq.
   Təşkilatın yaydığı açıqlamada bildirilir ki, viza sisteminin sadələşdirilməsi turizmin inkişafına və dolayısı ilə iqtisadi inkişafa müsbət təsir edən başlıca amillərdən biridir.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən elektron viza sistemi 2013-cü ilin mart ayından etibarən tətbiq olunmağa başlanıb. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, vaxta qənaət etməyə şərait yaradır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar