Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində görkəmli müğənni, Xalq artisti Flora Kərimova ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda müğənninin həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edilib.

Xalq artisti Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib.

Görüşün sonunda Flora Kərimova qonaqların suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirilib.