F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı "Gəncənin gəncləri" layihəsinə başlayır.

Layihənin məqsədi Gəncədə yaşayıb-yaradan gənc istedadların üzə çıxarılmasıdır.

Layihə çərçivəsində keçiriləcək sərgidə gənc rəssam, heykəltaraş və fotoqraflar öz əsərlərini nümayiş etdirə bilərlər.

Sərgidə iştirak etmək istəyən gənclər şəxsi məlumatlarını və çəkdikləri əsərlərin şəkillərini filarmoniyanın rəsmi instaqram səhifəsinə (ganja_philharmonic_hall) göndərə bilərlər. Əsərlər 27 yanvar tarixinədək qəbul olunacaq.