Nyu-Yorkun çimərlikləri istirahət edənləri yenidən qəbul etməyə hazırdır. Sendi qasırğasından 7 ay sonra Nyu-Yorkun bütün şəhər çimərlikləri bu həftənin cümə günü istirahət edənlər üçün açıq elan ediləcək. Nyu-Yorkda 8 çimərlik var və onların ümumi uzunluğu 22 kilometrdir. Bu çimərliklər Bruklin, Bronks, Kvins və Staten-Aylenddə yerləşir. Demək olar ki, onların hamısı ötən ilin oktyabr ayında qasırğanın dağıdıcı gücü nəticəsində yararsız hala düşmüşdü. Çimərliklərin bərpasına şəhər meriyası 270 milyon dollar xərcləyib.
Fəxriyyə Abdullayeva