Tanınmış türkoloq, filologiya elmləri doktoru, tərcüməçi, jurnalist Ramiz Əskər (Ramiz Baxşəli oğlu Əskərov) ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı yanvarın 15-də sərəncam imzalayıb.

Qeyd edək ki, yanvarın 10-da Ramiz Əskərin 70 yaşı tamam olub. O, 2014-cü ildə  səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ramiz Əskəri yubileyi və növbəti dövlət təltifi münasibətilə təbrik edirik.